Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


09.05.2019  12:16 

Gəmidəki yanğınla bağlı cinayət işi açıldı





A+  A-

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi dünən "İsrafil Hüseynov" borudüzən gəmisində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, mayın 8-də “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətinə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

Xəbər 3503 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +