Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu
Sakinləri qorxuya salan 100 yaşlı bina -VİDEO
Mehdiyev klanının ikinci adamı həbs oluna bilər -FOTO
Zakir Qaralovun şirkətlərinin vergi borcu artır
Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...


16.05.2024  18:05 

AYNA-dan yeni layihələr





A+  A-

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.

Xəzərnews.az xəbər verir ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə 7 layihə icra olunacaq.

İlkin olaraq, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.

AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektinin köməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəki nəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasında hərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforla nizamlanan, dairəyə daxil olan digər istiqamətlərdə isə dairəvi hərəkətin təşkili nəzərdə tutulur.

Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.

Nəticədə Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində günün əsasən pik, bəzən hətta qeyri-pik saatlarında müşahidə olunan tıxac və sıxlıq halları aradan qaldırılacaq, kəsişmədə hərəkət növbəliliyi təmin ediləcək. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi artırılacaq.

Xəbər 7779 dəfə oxunub.



11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad


BÜTÜN XƏBƏRLƏR +