Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək


15.05.2025  12:13 

Sizin 16 yaşlı qızınıza 33 yaşlı kişi “namizəd“ olsa, susarsınızmı?





A+  A-

Sabirabadda 16 yaşlı bir qızın 33 yaşlı xalası oğluna məcbur ərə verilməsi cəhdi barədə yayılan xəbər hələ rəsmi təsdiqlənməsə də, bu ehtimal belə adamı dəhşətə gətirir. Biz daha nə qədər "toydu", "adətdi", "qohum məsləhətidi" adıyla uşaq istismarına göz yummalıyıq?

16 yaş - məktəb yaşındakı, hələ formalaşmaqda olan bir qız uşağıdır. Onun gələcəyi, arzuları, azad seçimi var. 33 yaş isə artıq yetkin, həyatın məsuliyyətini dərk edən bir insan yaşdır. Bu iki yaş arasında ailə deyil, yalnız təzyiq, zorakılıq və travma olar. Əgər bu cür münasibətlərin adı hələ də "evlilik" kimi təqdim olunursa, biz böyük bir faciənin içindəyik.

İnsan vicdanı susmamalıdır.

Bu, sadəcə bir ailənin daxili işi deyil. Bu, bütöv bir cəmiyyətin gələcəyinə vurulan zərbədir. Bu, uşaq haqlarının tapdanması, qadınların iradəsiz hala salınmasıdır. Qız uşaqlarını qorumaq təkcə dövlətin işi deyil, bizim - hər birimizin borcudur.

Valideynlər, qohumlar, icma ağsaqqalları – bu cür cəhdlərə "göz yummaq", "adətdi" deməklə bir cinayətə şərik olurlar. Biz bu səssiz razılığı qırmalıyıq.

Cəmiyyət olaraq bir sual verməliyik: sabah sizin 16 yaşlı qızınıza 33 yaşlı bir kişi "namizəd" olsa, susarsınızmı?

Susmayaq. Çünki bu səssizlik bir uşaq həyatına başa gələ bilər.

Tağı Türk

Xəbər 1959 dəfə oxunub.




23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +