Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


08.05.2021  17:15 

Rafiq Hüseynov qələbə ilə başladı





A+  A-

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.
XəzərNews.az xəbər verir ki, turnirin üçüncü günündə - mayın 8-də yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Yunan-Roma güləşi üzrə millimizin üzvü Rafiq Hüseynov (77 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. İkiqat Avropa çempionumuzun növbəti rəqibi Qurpret Sinq (Hindistan) olacaq.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Xəbər 3961 dəfə oxunub.



10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +