Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


08.05.2021  10:21 

Azərbaycan və ATƏT-in 10 ölkəsi birgə bəyanat yaydı





A+  A-

Azərbaycan və ATƏT-ə üzv 10 dövlət nasistlərin qəhrəmanlaşdırılmasının qarşısını almağa çağırıblar.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistanın ATƏT-dəki daimi nümayəndələri İkinci Dünya müharibəsində qələbənin 76 illiyi münasibətilə birgə bəyanatla çıxış ediblər.

“Nasizm və faşizmə qarşı mübarizədə həlak olanların şərəfinə ölənlərin şərəfinə hərbi qəbiristanlıqlara, memorial komplekslərə, abidələrə və obelisklərə qayğı ilə yanaşmağa çağırırıq. Bu cür memorial obyektlərə qarşı vandalizmin bəhanəsi yoxdur. Xalqlarımızın yaddaşında və arxiv sənədlərində qalan bu hadisələr haqqında tarixi həqiqəti qoruyub saxlamaq və qətiyyətlə müdafiə etmək bizim müqəddəs borcumuzdur. İkinci Dünya müharibəsi tarixinin, onun səbəblərinin və nəticələrinin saxtalaşdırılması nasizm ilə mübarizə aparanların və onun qurbanlarının xatirəsini təhqir edir, müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və sarsılmasına kömək edir”, - birgə bəyanatda deyilir.

11 ölkənin nümayəndələri nasist hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının üzvlərinin qəhrəmanlaşdırılmasının, o cümlədən nasist keçmişini şöhrətləndirmək üçün abidələrin və memorialların ucaldılması, kütləvi nümayişlərin keçirilməsinin, anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların milli azadlıq hərəkatlarının iştirakçısı elan edilməsinin, habelə onların qəhrəmanlaşdırılması məqsədilə küçələrin adlarının dəyişdirilməsinin yolverilməz olduğunu bəyan ediblər.

“Azad, demokratik, ümumi və bölünməz Avrasiya və Avroatlantik təhlükəsizlik cəmiyyəti ideyasına sadiq olduğumuzu təsdiq edirik. Beynəlxalq təhlükəsizlik və etimad sisteminin gücləndirilməsi məqsədilə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında hərtərəfli dialoqun tərəfdarıyıq”, - 11 dövlətin ATƏT-dəki daimi nümayəndələri bildiriblər.

Xəbər 4183 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +