Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


16.05.2017  17:12 

Ümumrusiya Azərbaycanlıları Konqresi apellyasiya şikayəti verdi





A+  A-

“Ümumrusiya Azərbaycanlıları Konqresi məhkəmənin birinci hissəsində ləğv olunub. Amma biz bu proseslə razı deyilik. Ona görə də apellyasiya şikayəti vermişik”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev diaspor təşkilatının ləğv olunması məsələsini şərh edərkən deyib.

O, bildirib ki, hər şeyə rəğmən ümidlidirlər.

“Biz diaspor təşkilatı olaraq uzun müddətdir ki, Rusiyada işimizi həyata keçiririk. Qəfildən diaspor təşkilatının ləğv olunması məsələsinin ortaya atılması doğru addım deyil. Ümid edirik ki, yüksək məhkəmə instansiyaları müraciətlərimizə diqqətlə yanaşacaq və bu məsələ həll olunacaq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Xəbər 3054 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +