MAQATE nümayəndə heyəti Tehrana səfər edəcək
Ukrayna ordusunda fərarilərin sayı 400 mini yaxınlaşır
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
AZAL 1 saatlıq uçuş üçün 1282 manat alır!
Şahin Şıxlinski Moskvada könüllü təslim olub
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar


09.07.2025  17:21 

Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?





A+  A-

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə yola düşüb. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan da BƏƏ-yə səfər edir. Bildirilir ki, səfər çərçivəsində iyulun 10-da Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Bu görüşün regionda sülh prosesinə təkan verəcəyi gözlənilir.

Bəs bu görüşün məhz BƏƏ-də keçirilməsi təsadüfdürmü?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a açıqlamasında bildirib ki, görüşün BƏƏ-də keçirilməsi ilk növbədə bu ölkənin uzun müddətdir sərgilədiyi neytral xarici siyasət xətti ilə bağlıdır:

"Bu görüş əsasən BƏƏ-nin neytral mövqeyi ilə izah olunur. Çünki BƏƏ-nin regionda mühüm layihələri var. Buna baxmayaraq, həm Azərbaycan, həm də Ermənistanla neytral münasibətlərə malik ölkədir və Qarabağ məsələsində əvvəldən neytral mövqe sərgiləyən dövlətdir. Yəni BƏƏ həm Azərbaycanla əməkdaşlıq edir, enerji sahəsində çox geniş əməkdaşlığı mövcuddur, həm də son zamanlarda Ermənistana investisiyalar yatırıb.

Həmçinin bir müddət əvvəl BƏƏ-nin xarici işlər naziri həm Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, həm də Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla telefon danışığı aparmışdı. Bu görüşün keçirilməsi üçün bir neçə şəhər təklif olunmuşdu. Rusiyanın paytaxtı Moskva, Brüssel və Vaşinqtonda keçirilməsi gözlənilirdi. Hətta Astanada keçirilməsi ilə bağlı da təkliflər var idi.

Lakin bu kimi şəhərlər ikitərəfli görüşlərin təşkili üçün müəyyən qədər fikir ayrılığı yaradırdı. Çünki məsələn, Qazaxıstanın Türk Dövlətləri Təşkilatına üzv olması Ermənistanda müəyyən narazılıqlar doğura bilərdi.

Görüşün Moskvada, Vaşinqtonda və ya Brüsseldə keçirilməsi isə ona görə mübahisəli sayılırdı ki, həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqının bu məsələdə müəyyən maraqları var. Münaqişənin həllində, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsində hər iki ölkə maraqlıdır. Lakin qeyd etdiyim kimi, BƏƏ regionda maraqlı tərəf deyil və hər iki ölkə ilə yaxın münasibətlərə malikdir. Ona görə də hesab edirəm ki, görüşün Əbu-Dabidə təşkili hər iki tərəf üçün sərfəlidir.

Əbu-Dabi təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malik şəhərdir".

Xəbər 2312 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.08.2025  01:21 

Şabranda yanğın baş verib

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU


BÜTÜN XƏBƏRLƏR +