MAQATE nümayəndə heyəti Tehrana səfər edəcək
Ukrayna ordusunda fərarilərin sayı 400 mini yaxınlaşır
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
AZAL 1 saatlıq uçuş üçün 1282 manat alır!
Şahin Şıxlinski Moskvada könüllü təslim olub
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR
“TikTok”da tanış olduğu qadının uşaqlarına dəhşətli işgəncələr verdi
İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT
Putin “Oreshnik“in Rusiyada istehsalından danışdı
Yevlaxda toyda söyüş söyən qonağı pilləkəndən atdılar


20.06.2025  11:21 

Prezident özbəkistanlı naziri qəbul etdi





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

XəzərNews.az xəbər verir ki, dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.

Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq qeyd etdi ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, ötən il Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulandı, sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparıldı.


Xəbər 1074 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.08.2025  01:21 

Şabranda yanğın baş verib

01.08.2025  15:57 

Xəlilovlar Putini seçdi

01.08.2025  13:47 

Kredit kartlarına LİMİT QOYULDU


BÜTÜN XƏBƏRLƏR +