Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


05.11.2023  20:49 

DİN yanında İctimai Şuranın üzvləri şəhid ailələrini ziyarət edib





A+  A-

Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri 8 Noyabr - Zəfər Günü münasibəti ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması zamanı şəhid olan polislərin ailələrini ziyarət ediblər.

Xəzərnews.az xəbər verir ki, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, üzvər Mahirə Əmirhüseynova, Sevda Məmmədova və Arzuman Abdulkərimov polis baş leytenantı Kamran Qurbanəli oğlu Kazımov və baş çavuş Sahib Yaşar oğlu Məmmədovun ailə üzvləri ilə görüşüblər.

İctimai Şuranın sədri Əliməmməd Nuriyev Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı polislərimizin də göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıb. O, bildirib ki, şəhid ailələri daim dövlətin diqqətindədir. Xalqımız onların qəhrəmanlığını umutmur. Bizlər də özümüzə borc bilirik ki, sizlərlə görüşək, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə mənəvi diqqət göstərməklə, onların ruhunu şad edək.

Daha sonra Vətən Müharibəsində qəhrəmanlıq göstərən Kamran Kazımovun və Sahib Məmmədovun keçdiyi döyüş yolu, göstərdikləri igidliklər bir daha xatırlanıb. Hər iki polis şəhidimizin ruhuna dualar oxunub.

İctimai Şura üzvləri eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin ailə üzvlərinin problemləri ilə maraqlanıblar.

Səhidlərimizin ailə üzvüləri Prezident İlham Əliyevin tapşırığına əsasən Daxili İşlər Nazirlyinin müvafiq qurumlarının daim onları diqqətdə saxladığını bildiriblər. Nazir Vilayət Eyvazovun göstərişi ilə onlarla əlaqə saxlandığını və hər hansı məsələ olarsa, diqqətlə yanaşıldığını Şura üzvlərinin diqqətinə çatdırıblar.

Xatırladaq ki, Kamran Kazımov 5 oktyabr 2020-ci ildı, Sahib Məmmədov isə 19 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.

Şəhid ailələrini ziyarətdə İctimai Şura üzvləri ilə birlikdə Daxili İşlər Nazirliyinin məsul əməkdaşı, polis polkovniki Ramiz Əlişanov da iştirak edib.





Xəbər 2683 dəfə oxunub.




15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video


BÜTÜN XƏBƏRLƏR +