Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq
Ukrayna Rusiyanın strateji nöqtəsini vurdu
Gömrükdə 90 milyon dollarlıq narkotik aşkarlandı


09.09.2023  17:51 

Xaçaturyanın ələ verdiyi 3 satqın azərbaycanlı kimdir?





A+  A-

Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan erməni terrorçu Vaqif Xaçaturyanla Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş keçmiş döyüşçü, ehtiyatda olan polkovnik Azay Kərimovun üzləşdiyi haqda məlumat vermişdik. Dindirilmə zamanı Xaçaturyan bir neçə məqama toxunub. O, Meşəli sakini olan 3 azərbaycanlının ermənilərə məlumat ötürdüyünü deyib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az Azay Kərimovla əlaqə saxlayıb.

Xaçaturyan hər şeyi etiraf etdi — Ermənilərə işləyən 3 azərbaycanlı kim olub? (FOTO)


Azay Kərimov

Azay Kərimov bildirib ki, Xaçaturyan fotoda gördüyü şəxslərdən üçünün adını açıqlayaraq, doğrudan da onların ermənilərlə əlbir olduğunu deyib:

“Xaçaturyan həmin 3 nəfər Meşəli sakininin fotosunu müstəntiqə göstərdi və onların zamanında ermənilərə işlədiyini, kənd camaatını düşmənə satdıqlarını dedi.

Mənim anadan olduğum Malıbəyli kəndi Xankəndiyə çox yaxın idi. Düzü o vaxt ermənilərlə münasibətlər yaxşı idi, onlar gəlib Azərbaycanın Qarabağ ərazisində yaşayırdılar, işləyirdilər, bir-birimizin xeyir-şər işlərində iştirak edirdik. Heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa ermənilər bizim torpağımızı işğal edər. Biz bir də ayıldıq ki, sən demə, ermənilərin fikri başqa imiş”.

A.Kərimovun sözlərinə görə, münaqişələri qızışdıran Köçəryan, Sərkisyan və Dadamyan olub:

“Köçəryanın Ermənistandan gələn muzdlulardan ibarət komandası var idi. Onların vəzifəsi ermənilər yaşayan kəndləri gəzmək, silah götürüb azərbaycanlıya qarşı vuruşmaq istəməyənləri, mitinqə çıxmaq, azərbaycanlılara işgəncə verməkdən imtina edənləri cəzalandırmaq idi. Kim döyüşdən imtina edirdisə, həmin adamın kənddə digərlərinin gözü önündə qızına, gəlininə, arvadlarına zor tətbiq edirdilər, ya da döyüşməkdən imtina edəni öldürürdülər.

Kənd camaatı bizə qarşı çıxmaq istəmirdi, amma o rəzaləti, işgəncəni görüb, qorxurdular”.

Xəbər 2755 dəfə oxunub.




15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq

14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video


BÜTÜN XƏBƏRLƏR +