Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


08.09.2023  16:47 

Dağlıq ərazilərdə sulu qar yağacaq





A+  A-

Azərbaycanın rayonlarında sentyabrın 10-dan 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Bu barədə XəzərNews.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək , aran rayonlarında gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti , dağlıq rayonlarda gecə 3-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Görançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında isə sentyabrın 09-dan 10-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var.

Proses güclü küləklə müşahidə olunacaq, küləyin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyyə olunur .Belə ki, sentyabrın 10-u səhərdən 11-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 10-da səhər və gündüz bəzi yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.

Havanın temperaturu 5-8 dərəcə aşağı enərək, gecə və gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Xəbər 3290 dəfə oxunub.




16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +