Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


05.05.2023  19:11 

Mina terroruna qarşı İctimai Platforma öz işinə başlayıb





A+  A-

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlt Dəstəyi Agentliyində Mina terroruna qarşı İctimai Platformanın birinci iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, mina terroruna qarşı İctimai Platformanın əlaqələndiricisi, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, İctimai Platforma olaraq mina terrorunun qarşısının alınması istiqamətində fəaliyyətimizi davamlı şəkildə həyata keçirməyi planlaşdırırıq.

“Dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara müraciətlərimiz, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Ermənistanın hərbi cinayətlərinə susmamağa, qətiyyətli mövqe nümayiş etdirməyə çağırışlarımızı davam edəcəyik”, - deyə A.Allahverənov bildirib.

İclasda iştirak edən İctimai Platformanın üzvləri Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri haqqında beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsız qalıb: “Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz terror fəaliyyətinə münasibət bildirinə qədər müraciətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”.

İşçi qaydada keçirilən tədbirin sonunda qərara alınıb ki, mina terroruna qarşı İctimai Platforma təkliflər paketini hazırlayacaq və sənəddə yer almış fəaliyyətlərin icrası ilə əlaqədar zəruri addımlar atacaqdır.

Xəbər 2549 dəfə oxunub.




16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +