Yunanıstan və Ukrayna razılaşdı: Qaz tədarükü...
Prezidentin Özbəkistana səfəri başa çatıb
İstanbuldan ÜZÜCÜ XƏBƏR
Odessada “2020-də 44 gün” kitabının təqdimatı təxirə salındı – Səbəb?
Quzu ətinin qiyməti 30 manatı keçdi
Yüksək dağlıqda sirli bir göl
Adnan Əhmədzadənin xanımı Londona niyə gedib?
Hüseyn Məhəmmədoğlu xanım izləyicisini təhqir etdi
Rus ordusu növbəti yaşayış məntəqəsini ələ keçirib
Ukraynada dəhşət: Pullar…


19.04.2019  14:43 

“Böyrəyimi 40 minə satmaq istədim, 12 minə razılaşdıq”





A+  A-

Bakıda 27 nəfərin böyrəyini satmaqda təqsirləndirilən taksi sürücüsü, 62 yaşlı Vahib Xudadatovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, məhkəmədə zərərçəkmişlər ifadə verib.

S.Ağayev banka kredit borcu olduğuna görə böyrəyini satmağa razılaşsa da, son anda qorxaraq fikrini dəyişib: “Bank əməkdaşları tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin vaxt Sahiblə tanış oldum, böyərimi 12 min manata satmağa razılaşdıq. Tehrana gedib analizləri verdik, böyrəyimi Pirəli adlı şəxs alırdı. Sonra əməliyyat üçün Gürcüstana gedirdik, aeroportda qorxub fikirmi dəyişdim, geri qayıtdım”.

Rüstəm Ramazanov isə Salyan rayonunda yerləşən internatda böyüyüb və direktorun əməllərinə görə oradan qaçıb: “Direktorun qorxunc əməllərini görüb internatdan çıxdım. Pulum yox idi, çörək tapa bilmirdim, qardaşım da həbsdə idi. İnternetdə böyrəyimi satmaqla bağlı elan verdim. Sahib zəng elədi, Bakıya gəlib onunla görüşdüm. Böyrəyimi 40 min manata satmaq istədiyimi dedim, amma 12 minə razılaşdıq. Əvvəlcə Sahibdən 100 manat aldım, dedim evdə yemək yoxdu. O pulla kartof-soğan alıb yemək yedim. Sonra İranda müayinədən keçdim, Tacikistanda əməliyyat olunub böyrəyimi verdim. Bakıya qayıdıb Sahibdən pulumu aldım”.

Qeyd edək ki, Vahib Xudadatov özünü zərərçəkmişlərə Sahib kimi təqdim edib. O, “Qarabağ” futbol klubunun U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.

Xəbər 2981 dəfə oxunub.




16.11.2025  20:50 

Avtomobil dərəyə aşdı

16.11.2025  20:47 

İstanbuldan ÜZÜCÜ XƏBƏR

15.11.2025  17:23 

Yüksək dağlıqda sirli bir göl

15.11.2025  13:13 

Ukraynada dəhşət: Pullar…

15.11.2025  13:00 

Sabahın havası necə olacaq


BÜTÜN XƏBƏRLƏR +