Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


23.01.2024  16:11 

Monitorinq Komitəsi niyə Azərbaycana qarşı ən sərt məhdudiyyətlər tövsiyyə edib?





A+  A-

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycana qarşı mümkün olan ən sərt məhdudiyyətlərin tətbiqini tövsiyə edib.

Xəzərnews.az xəbər verir ki, bu məlumatı “European Pravda”nın Strasburqdakı müxbirinə assambleyadakı bir neçə mənbə təsdiqləyib.

Çərşənbə axşamı günü Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun iştirakı ilə qızğın və bəzən yüksək tonda keçən, demək olar ki, bir saat davam edən müzakirədən sonra monitorinq komitəsi mütləq səs çoxluğu ilə Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqlənməmək qərarına gəlib.

Belə olan təqdirdə Azərbaycan ən azı bir il AŞPA-dakı işdən kənarda qala bilər.

Demək olar ki, iclasda iştirak edən komitə üzvlərinin hamısı bu qərarın lehinə səs verib.

Bu o deməkdir ki, Assambleya böyük ehtimalla bunu dəstəkləyəcək. Azərbaycan nümayəndə heyətinin müəyyən hüquqlarını məhdudlaşdırmaq üçün daha yumşaq sanksiyalar nəzərdə tutulmayıb.

Səməd Seyidov Azərbaycanın sanksiyalara nə cavab verəcəyi ilə bağlı heç nə deməyib.

EuroPravda yazır ki, cəzanın formal səbəbi AŞPA müşahidəçilərinin Azərbaycanda keçiriləcək prezident seçkilərindən kənarda qalmasıdır.

S.Seyidov avropalı həmkarları ilə dialoqda Bakının bu qərara yenidən baxılmasını istisna edib.



Xəbər 2879 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +