Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


22.01.2024  07:56 

Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb





A+  A-

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah və onun komplekt hissələrini satmaqda şübhəli bilinən rayon sakini Famil İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Xəzərnews.az-a verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 13 ədəd 7.62 mm-lik patron aşkar edilib. F. İsmayılov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədi ilə saxladığını etiraf edib.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rəşad Rzayev də saxlanılıb. Şübhəli şəxsin üzərindən və yaşadığı evdən marixuana aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 2593 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +