Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


06.03.2023  08:44 

Rəsulzadənin vəfat etdiyi gündür... - Tarixdə bu gün





A+  A-

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) vəfat etdiyi gündür. Belə ki, M.Ə.Rəsulzadə 68 il əvvəl 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib. Məzarı “Cebeci Asri” qəbiristanlığındadır.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

O, 1902-ci ildə, 17 yaşında ikən “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olub.

1918-ci il mayın 26-da Azərbaycan Milli Şurası yaranıb və Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də Milli Şura İstiqlal Bəyannaməsini qəbul edib və Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti təşkil olunub.

Bununla da Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Buna baxmayaraq, cümhuriyyətin ömrü sadəcə 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilib. Bununla da Məhəmməd Əmin Rəsulzadənin mühacirət həyatı başlayıb. O, XX əsrin 20-ci illərinin əvvəlində Finlandiyaya, Polşaya və nəhayət Türkiyəyə mühacirət edib. M. Ə. Rəsulzadə Azərbaycan siyasi mühacirətinin lideri olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.



Xəbər 2503 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +