Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


05.03.2023  14:22 

Hər iki tərəfdən həlak olan və yaralananlar var - Rəsmi





A+  A-

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Qeyd edək ki, artıq Ermənistan mətbuatı itkilərlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, insident nəticəsində polkovnik-leytenant Armen Mayoroviç Babayan, mayor - David Valeriyeviç Danielyan və leytenant - Ararat Talmanoviç Qasparyan ölüb.

Xəbər 8951 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +