Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


15.02.2023  13:53 

“Türkiyə ilə sərhədin tam açılması ərəfəsində...” - Mirzoyan





A+  A-

Biz Türkiyə ilə sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq barədə razılığa gəldik.

XəzərNews.az xəbər verir ki, bu sözləri Ankarada Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:

“İlk növbədə Ermənistan Respublikası adından dağıdıcı zəlzələnin qurbanı olmuş minlərlə insanın ailələrinə, Türkiyə xalqına və hökumətinə bir daha başsağlığı verirəm. Xalqımın tarixinin ən acı səhifələrindən biri 1988-ci ildə baş vermiş dağıdıcı Spitak zəlzələsi olub və bu gün Türkiyədə minlərlə ailənin başına gətirilən kədər bizə yad deyil. Bu cür təbii fəlakətlər və onların miqyası dövlətlərin hüdudlarını aşır, ümumbəşəri faciələrə çevrilir. Dünya onlara qalib gəlmək üçün vahid cəbhə kimi çıxış etməlidir. Əminəm ki, beynəlxalq ictimaiyyət dünyanın heç bir yerində heç bir humanitar böhrana biganə qalmamalıdır. Və məhz bu prinsip əsasında Ermənistan hökuməti fəlakətli zəlzələdən dərhal sonra Türkiyəyə xilasedicilər və humanitar yardım göndərmək qərarına gəlib. Xilasedicilərimizə və ümumiyyətlə, ermənilərin varlığı və dəstəyi ilə bağlı söylədiyi minnətdarlıq sözlərinə görə cənab Çavuşoğluna minnətdaram. Mən çox şadam ki, erməni xilasediciləri həmkarlarının dəstəyi ilə bu vəziyyətdə ən vacib işə - insanların həyatını xilas etməyə nail olublar. Mən şənbə günü 30 ilə yaxındır bağlı olan Ermənistan-Türkiyə sərhədinin Adıyamana humanitar yardım aparan erməni yük maşınları üçün açılmasını da simvolik hesab edirəm. Dünən gecə də eyni hadisə baş verib və bir neçə saatdan sonra Adıyamana daha bir humanitar yardım partiyası gələcək.

Mən bu çətin anda Türkiyədə olmaqla Ermənistanın regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa, diplomatik münasibətlər qurmağa və Ermənistanla Türkiyə arasında sərhədi tam şəkildə açmağa hazır olduğunu və istəyini bir daha təsdiq etmək istəyirəm.

Nəzərinizə çatdırım ki, bu gün biz bu proseslə bağlı bəzi təfərrüatları müzakirə etdik, Ani körpüsünün birgə təmiri ilə bağlı razılaşmamız var, eləcə də sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq niyyətimiz var”.

Xəbər 2743 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +