Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


15.02.2023  12:40 

Kəramət Böyükçöl atasına hədiyyə olunan evdən yazdı...





A+  A-

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva atama ev hədiyyə edibsə, bu nə hökumətin mənə münasibəti deməkdir, nə də mənim hökumətə. Atam şeir yazanda mən heç anadan olmamışdım”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Qəşəm Nəcəfzadənin oğlu, yazıçı Kəramət Böyükçöl çıxış edib.

K.Böyükçöl bildirib ki, atasının ölkədə və xaricdə 35 kitabı çap olunub:

“Beynəlxalq şeir festivallarında Azərbaycanı təmsil edib. Onun tərcümeyi-halının hamısını buraya yazmaq fikrim yoxdur. Bircə şeyi bildirmək istəyirəm ki, atam Yazıçılar Birliyində işləyir. Məni isə Yazıçılar Birliyindən çıxarıblar. Hətta mən Yazıçılar Birliyindən çıxarılanda atam məni yox, sədr Anarın mövqeyini müdafiə edərək açıqlama vermişdi ki, Kəraməti yaxşı edib birlikdən uzaqlaşdırıblar. Mən atamla 10 ildən çoxdur ki, bir yerdə yaşamıram. Bizim ata-oğul kimi münasibətlərimiz cəmiyyət qarşısında olan debatlarımızda da müəyyənləşmişdi. Yəni atama ev hədiyyə olunmamışdan qabaq onun ictimai mövqeyi bəlli idi. Ataya görə oğulu sorğulayan insanlar isə gərəkdir ki, ataya görə oğulu, yaxud oğula görə atanı cəzalandıran sistemi də qınamasın”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tanınmış şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadəyə mənzil hədiyyə edib.

Xəbər 2707 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +