Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


03.11.2022  09:43 

“Veysəloğlu”ya 715227 manat sanksiya tətbiq olunub





A+  A-

Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qarabaşaq satışı ilə məşğul olan bazar subyektləri barəsində iş qaldırılıb.

XəzərNews.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, işə baxılma zamanı “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu və hökmran mövqeyindən istifadə edərək satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb.

Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eyni şərtli rəqabət imkanları məhdudlaşıb.

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğu əsas götürülərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Veysəloğlu” MMC-yə 715227 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Xəbər 2491 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +