Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


27.11.2021  21:00 

Yens Stoltenberq Moskvaya xəbərdarlıq edib





A+  A-

NATO-nun baş katibi Yens Stoltenberq cümə günü Brüsseldə keçirdiyi mətbuat konfransında Moskvaya xəbərdarlıq edib.

Belə ki, çoxlu sayda rus qoşununun Ukrayna sərhədləri yaxınlığında cəmləşməsi Qərbdə Rusiyanın bu ölkə ərazisinə mümkün müdaxiləsi ilə bağlı qorxu yaratmaqda davam edir.

Rusiya hakimiyyətinə müraciət edən Stoltenberq yenidən Rusiyanı Ukrayna sərhədləri yaxınlığındakı bölgəyə qoşun və zirehli texnika cəlb etməkdə ittiham edib.

Stoltenberq bildirib ki, Rusiya Krımın qeyri-qanuni ilhaqını davam etdirir və Ukraynanın şərqində vəziyyəti qeyri-sabit vəziyyətə gətirir.

NATO-nun baş katibi vurğulayıb ki, Rusiya gərginliyin daha da artmasına son qoymasa, bunun bədəlini çox ödəməli olacaq.

Onun sözlərinə görə, NATO Rusiyanın yaxın gələcəkdə necə hərəkət edə biləcəyi ilə bağlı kəşfiyyat məlumatlarını müttəfiqlərlə bölüşməyə davam edir.

ABŞ prezidenti Co Bayden isə jurnalistlərin yaranmış vəziyyətlə bağlı sualına cavab olaraq bildirib ki, bölgədəki gərginliyi azaltmaq üçün “böyük ehtimalla” o, birbaşa Rusiya prezidenti Vladimir Putin və ya Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacaq.

Moskva öz qoşunlarının hərəkəti ilə bağlı son xəbərləri daxili məsələ kimi dəyərləndirib. Rusiya bu həftə Qara dəniz bölgəsində hərbi təlimlərə başlayıb.

Noyabrın 30-da ABŞ Dövlət Katibi Antoni Blinken və NATO-nun digər 29 xarici işlər nazirlərinin, Rusiyanın son fəaliyyətlərini müzakirə etmək üçün Latviyada bir araya gəlməsi və bundan sonra ATƏT-in iclası planlaşdırılır.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfried deyib ki, Blinkenin gələn həftə Avropa səfərinin əsas diqqəti Rusiya və Belarus da daxil olmaqla çağırışlara necə cavab verilməsi olacaq. Donfried jurnalistlərə "Təqdir edə bildiyiniz kimi, bütün variantlar masanın üzərindədir və orada bütün variantları özündə birləşdirən alətlər dəsti var", - deyib. /AzadlıqRadiosu

Xəbər 3598 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +