Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


26.09.2021  18:59 

“Şəxsimə qarşı ən ləyaqətsiz formalarda təhqirlər yağdırırlar“





A+  A-


"Artıq tapşırıq aldılar. Total hücuma keçiblər. İrançı-erməniçi şəbəkəni deyirəm. Daşnaksyutun, Hüseyniyyun, Əhli-Beyt, Baba Pünhan kimi adların arxasından şəxsimə qarşı ən ləyaqətsiz formalarda təhqirlər yağdırırlar".

XəzərNews
xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

F.Mustafa daha sonra əlavə edib: "Təsəllimiz odur ki, söylədiyimiz birbaşa hədəfə dəyir. Özləri başlayırlar, sonra bir qisim savadsız turançıları, səfəviçiləri, cibheyi-xəlqi, söyüş müxalifətini də işə qoşurlar. Ancaq yenə də rahatsız edəcəyəm sizləri - gözlərini QUM örtmüş Vətən xainləri! Bu da bizim səngərimizdir, bu da bizim Vətən sərhəddimizdir. Ölkəmiz üzərinə ideoloji basqıya biganə yanaşmaq xarakterimizə ziddir. Ancaq qüvvələrini, şəbəkələrini hər yerə yerləşdiriblər. Vaxtilə komitə sədri, nazir müavini, səfir səviyyəsində kadrları vardı. Təhsil, təhlükəsizlik, hüquq-mühafizə, diplomatiya, dini birliklər, səhiyyə, dövlət orqanları - kəsəsi bütün sahələrə sızıblar, bütün sahələrdə himayəçiləri var. Və bizlər də bu Vətənin, bu millətin himayəsindən çıxıb hər birimiz onun ayrıca qoruyucusuna, müdafiəçisinə, hücumçusuna çevrilmədikcə ayrı-ayrılıqda sıradan çıxarmağa, nüfuzdan salmağa çalışacaqlar. Bu məsələdə bütün sağlam düşüncəli və məsuliyyətli azərbaycanlının birlikdəliyi çox vacibdir".

Xəbər 3235 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +