Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


23.07.2021  11:09 

“Qazilər arasında intihar halları artıb” - TƏBİB





A+  A-

“Hazırda Türkiyənin ixtisaslaşmış psixoloqları ilə intiharlarla bağlı təlimlərə başlanılıb”.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən “Medianın psixi sağlamlıqda rolu” mövzusunda təlimdə deyib.

O bildirib ki, bundan sonra Təhsil Nazirliyi ilə birgə məktəblərdə, həmçinin hərbçilərlə əlaqədar müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır: “Ətrafdakılar intihar düşüncəsi olanları necə yönləndirə biləcəyi ilə bağlı məlumatlı olmalıdır. Bəzən ətrafda yanlış yanaşma olduğu üçün intihar halları arta bilir. Koordinasiya halında çalışmaq belə hallarda ən vacib məsələdir. Hazırda Səhiyyə Nazirliyi, ƏƏSMN, “YAŞAT” Fondu ilə sıx əlaqədə çalışırıq”.

N. Osmanlı qeyd edib ki, Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib:

“Həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub. Təəssüf ki, qazilərimiz arasında intihar halları artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər”.

Mütəxəssisin sözlərinə görə, regionlarda mart ayından iyula qədər 353 şəhid ailəsi üzvlərinə, 686 hərbçiyə, 156 terror qurbanına psixoloji dəstək göstərilib.

Xəbər 4214 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +