Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


22.07.2021  09:46 

Daşqınlar Çini də cənginə aldı, 33 nəfər öldü - Video





A+  A-

Çinin Henan əyalətində iyulun 17-dən başlayan güclü yağışlar nəticəsində daşqınlar baş verib.
XəzərNews.az Çinin Fövqəladə Hallar Xidmətinin əyalət üzrə departamentinə istinadən xəbər verir ki, sel nəticəsində 33 nəfər həlak olub, 8 nəfər itkin düşüb.

Henan əyalətində təbii fəlakət zonasında 103 bölgədə 3 milyondan çox sakin yaşayır. Təhlükəli bölgələrdən 375 min nəfər təcili olaraq təxliyyə olunub. Həmçinin əyalət rəhbərliyi 256 mindən çox sakini daha təhlükəsiz ərazilərə köçürüb.

Qeyd edək ki, təbii fəlakət ən çox Zhenqzhou şəhərinə təsir edib. Şəhərin bəzi meteostansiyaları sutkalıq yağıntı həcminə görə tarixi rekord qeydə alıblar. Normadan artıq yağıntılar su anbarlarında suyun həcminin artmasına gətirib çıxarıb. Bununla yanaşı, şəhərdə metronu sel basıb və vaqonlarda olan sərnişinlər sudan qorunmaq üçün oturacaqların üzərinə çıxmalı olublar. Tunellərdə qalmış sərnişinləri xilasedicilər təxliyyə edə bilib.

Oxşar hadisələr əyalətin digər bölgələrində də müşahidə edilib. Belə ki, Loyan şəhərinə doğru hərəkət edən qatar 40 saat iflic vəziyyətdə qalıb. Qatarın 900 sərnişini bütün bu müddət ərzində kömək gözləməli olub.

Bir çox amillər daşqınların baş verməsinə səbəb olsa da, iqlim dəyişikliyi səbəbindən atmosferin istiləşməsi normadan artıq yağışların yağmasına səbəb olur. Çində baş verən daşqınlara məhz bu amilin səbəb olduğu istisna edilmir.




Xəbər 3137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +