Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


20.05.2020  17:51 

“Eurohome” bağlanır - Sahibkarlar danışdı+VİDEO





A+  A-

“Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq etiraz ediblər.
XəzərNews.az-ın məlumatəna görə, sahibkarlardan biri Rasim Musayev “Qafqazinfo”ya bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib: “Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir. Amma nə vaxta qədər işləməyəcəyini demirlər. Bizim dükanlara aidiyyatı olmayan yerdə 4-5 mağaza yanıb. İstintaq orada işini görsün, imkan versinlər biz də işləyib çörəyimizi qazanaq”.

Rövşən Əliyev qeyd edib ki, “Sədərək” Ticarət Mərkəzində dəfələrlə yanğın baş versə də, o bazar bir dəfə də bağlanmayıb. Sahibkar Əhməd Nəsibov isə onlara mallarını mağazalardan çıxarmaq tapşırılıb: “Bu o deməkdir ki, bazar bağlanır. Bizə deyirlər gedin başınıza çarə tapın”.

Sahibkarlar bildiriblər ki, bura yığışmaqda məqsədləri odur ki, istintaq və istintaqa nəzarət edən şəxslər onlara işləməyə icazə versinlər.



Xəbər 3375 dəfə oxunub.





04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +