Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


08.11.2018  20:31 

Polis qanunsuz balıq ovlayanı tutdu





A+  A-

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş reydlər nəticəsində İmişli rayonunun Qızılkənd kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Rayon sakini olan Samir Teymurov qeyd olunan ərazidə kustar üsulla hazırlanmış, elektrik cərəyanı buraxılmaqla balıqların məhvi üçün nəzərdə tutulmuş elektrik avadanlığından istifadə etməklə qanunsuz fəaliyyətlə məşğul ikən elə iş başındaca yaxalanıb. Bu zaman ondan balıq məhsulları, ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat da götürülüb.

İlkin təhqiqat zamanı bu şəxs göstərilən üsulla balıq ovlamağın qanunsuz olduğunu bilmədiyini vurğulayıb. Polis əməkdaşları qanunlardan xəbərdar olmamasının onu məsuliyyətdən azad etmədiyini, müvafiq dövlət orqanlarının rəsmi icazəsi (lisenziyası) olmadan balıqların, digər heyvanların ovlanmasının mövcud qanunvericiliyə zidd olduğunu, bu sahəni tənzimləyən qanunlara və digər normativ-hüquqi aktlara ciddi riayət edilməsinin zəruriliyini S.Teymurovun nəzərinə çatdırıblar.

Xüsusən kustar şəkildə hazırlanmış, heç bir standartlara cavab verməyən elektrik avadanlığı ilə respublikanın sututarlarında, o cümlədən İmişli rayonu ərazisindəki göllərdə, digər məkanlarda balıq ovunun həmin məkanlardakı ekoloji mühitə, faunaya ciddi ziyan vurmasıyla bərabər, belə fəaliyyətlə məşğul olan şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu, bu yaxınlarda respublikamızın Qərb bölgəsində məhz eyni üsulla qanunsuz balıq ovu edən bir şəxsin elektirk cərəyanı vurması nəticəsində dünyasını dəyişdiyi adıçəkilən şəxsə xatırlanıb.

Hazırda İdarədə faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq S.Teymurov barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq əciddi tədbir görüləcək.

Xatırlatmaq yerinə düşər ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə- sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları “Qırmızı Kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı reydlər davam etdirilir. Bununla paralel şəkildə göstərilən məkanlarda vaxtaşırı izahat, proflaktik tədbirlər də keçirilir, ovçuluqla məşğul olan vətəndaşlara müvafiq qanunvericiliyin tələbləri izah olunur, onlardan həmin qaydalara riayət etmələri tələb edilir.

Bununla yanaşı, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən artıq dənizkənarı ərazilərdə qanunsuz qum daşınması hallarına qarşı reydlər həyata keçirlməyə başlanılıb.

Xəbər 2986 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +