Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


16.07.2018  13:05 

“Bu hadisə xainlər tərəfindən törədildi” - Əli Həsənov





A+  A-

“2016-cı il 15 iyulda Türkiyədə baş verən hadisələri çox həyəcanla izlədik. O gün Azərbaycan yatmadı. Hadisələri seyr etməklə yanaşı, Türkiyə hökumətinə dəstəyimizi də göstərdik. “Tək millət, iki dövlət” formulu həmin günlərin sınağından şərəflə çıxdı. Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə səfirliyində 15 iyul hərbi çevriliş cəhdinin 2-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxışında deyib.

Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Ə. Həsənov bildirib ki, Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib: “Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”.

Ə. Həsənov Türkiyədəki hadisələrin 20 yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdilər. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə mili lider, milli iqtidar birlikdə olanda bu, mümkün deyil".

Xəbər 2800 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +