Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


26.06.2018  10:45 

“Ermənistan heç vaxt müharibəyə başlamayacaq” - Paşinyan





A+  A-

"Son zamanlar atəşkəs rejiminin pozulması halları inanılmaz dərəcədə aşağıdır".
XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı bildirib. O, Dağlıq Qarabağda son zamanlar yaranmış situasiyanı belə şərh edib:

"Orta statistik göstəricilərə görə, mən baş nazir seçiləndən sonra arəşkəs rejiminin pozulması halları azalıb. Ancaq təəssüf ki, bəzi itkilərimiz var. Azərbaycan qoşunları ön cəbhəyə toplanır. Bəzən onların sayında artma, bəzən azalma müşahidə olunur. Naxçıvan tərəfdə gərginlik var. Biz hər an müharibəyə hazır olmalıyıq. Mən demirəm, vəziyyət çox pisdir. Vəziyyət əvvəlki illərdəki kimidir. Ancaq hər halda münaqişə həll olunmayıb. Biz yarı-müharibə vəziyyətindəyik. Hər an dəyişiklik ola bilər. Biz çox işləməliyik, Müdafiə Nazirliyi də öz işini görməlidir. Demirəm ki, narahatlığa ehtiyac yoxdur, ancaq "ehtiyac var" da söyləmirəm".

Paşinyan Ermənistanın heç vaxt müharibəyə başlamayacağını da qeyd edib:

"Biz orduda sui-istifadə hallarını aradan qaldırmalıyıq. Biz müharibəyə başlamayacağıq. Azərbaycan başa düşməlidir ki, münaqişənin hərbi həll yolu yoxdur".

Xəbər 2875 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +