Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


16.01.2018  11:32 

Nazirlikdə kommunal xidmətlərlə bağlı toplantı keçirildi





A+  A-

Energetika Nazirliyinin əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
Energetika Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, iclasda Yol xəritəsi üzrə 2017-ci il ərzində tamamlanması nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyəti müzakirə edilib. Bildirilib ki, Strateji Yol Xəritəsində 2017-ci ildə yekunlaşdırılması nəzərdə tutulan ümumilikdə, 18 tədbirin 8-də Energetika Nazirliyi əsas icraçı qismində çıxış edir. Aidiyyəti qurumlarla birgə elektrik enerjisinə olan ölkədaxili ehtiyacın proqnozlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi prosesi artıq başa çatdırılıb. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmalar da hazırlanıb.

“İzafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisi ixracı imkanının nəzərdən keçirilməsi” prioritet istiqamətinə uyğun olaraq ixracla bağlı həyata keçiriləcək tədbirlər üzrə İşçi Qrupu yaradılıb. “Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin (ƏİG) tətbiq edilməsi” metodikası da tərtib edilərək, müvafiq qurumlara təqdim olunub. Elektroenergetika və istilik təchizatı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri çərçivəsində isə “Elektroenergetika haqqında” qanun layihəsi və “İstilik enerjisindən istifadə qaydaları” işlənib hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. Səmərəliliyin artırılması tədbirinə uyğun olaraq, elektrik verilişi və paylama şəbəkələri üzrə araşdırmaların aparılması və beynəlxalq təcrübənin öyrənilməsi əsasında tədbirlər planı müəyyənləşdirilib.

İclasda həmçinin digər icraçı orqanlar tərəfindən 2017-ci ildə tamamlanması nəzərdə tutulan 10 tədbirin icra vəziyyəti də nəzərdən keçirilib. Görülmüş işlər təhlil edilib. Bu tədbirlərin başa çatdırılmasına dair yekun məlumatlar təqdim olunub.

Xəbər 3139 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +