Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


04.01.2018  10:36 

Röya Aygün Bəylərdən 50 min istəyir





A+  A-

Müğənni Röya Ayxan həmkarı Aygün Bəylərə qarşı məhkəmə iddiası qaldırıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya açıqlamasında R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib. O bildirib ki, 1 həftə öncə Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər. Ərizədə A.Bəylərin “ARB” telekanalında Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib.

Hələ ki iddia icraata götürülməyib.

Qeyd edək ki, A. Bəylər ARB-də yayımlanan “Səhər-səhər” verilişində R. Ayxanın sənətinin olmadığını bildirib:

"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".

Xəbər 2980 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +