Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


15.12.2017  15:41 

General deputata xəbərdarlıq etdi





A+  A-

Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsinin müzakirəsində deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, K. Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqdan məlumat verib: “Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Onun özü də bu məlumatın getməsinə təəcübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hala düşmən təbliğatında bizə qarşı işlənilir.

Biz də ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə onu qəbul etməyə hazırıq. 50- dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər.
Ombudsman aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir.

Burada müddətdən artıq hərbui xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər. Bu gün müddətdən artıq hərbi xidmət keçən qulluqçular orduda 70 faiz təşkil edir. Əksəriyyəti professional insanlardır. Düzdür, ən bahalı texnikaya onları təchiz edirik. Bu gün də bu məsələ ilə bağlı ciddi şəkildə işlər aparılır”.

Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis Azərbaycan orduusundakı hər bir məsələyə görə cavabdeh daşıyır:

“Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdırarıq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Belə şeyləri ürəyinə yaxın qəbul etməyin”.

Xəbər 3220 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +