Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


20.08.2017  13:25 

Rusiya bu ölkəyə nüvə zərbəsi endirib? – Qərb TƏLAŞDA





A+  A-

14 avqutsda Rusiya genişmiqyaslı hərbi təlimlərə hazırlıq çərçivəsində Belarusa öz hərbçilərini göndərməyə başlayıb. Düzdür, Kreml dəfələrlə bəyan edib ki, sentyabrda Belarusla birgə adi keçirəcəyi təlimlər ordunun manevr imkanlarını yoxlamağı özündə ehtiva edir. Buna baxmayaraq, nəzərdə tutulan hərbi təlimlər Qərb dairələrində ciddi narahatlığa səbəb olub.
Məlumata görə, Rusiya və Belarusun “Qərb-2017” adlı hərbi təlimlərinə Rusiyanın 12.7 min hərbçisinin qatılacağı gözlənilir – lakin bu rəsmi mənbələrin bildirdikləridir. Daha əvvəl isə Rusiya KİV-ləri yazıb ki, Moskva təlimlərə 100 min hərbçi ilə qatılacaq.

Bu da bəllidir ki, Rusiya lideri Vladimir Putin NATO-ya bu təlimlər barədə bütün lazımi informasiyaları verib və “Qərb-2017”-yə beynəlxalq müşahidəçiləri dəvət edib.

Nüfuzlu "Newsweek"nəşri bildirib ki, bununla belə Baltikyanı ölkələr və Belrusdakı bəzi tənqidçilər Putinin strategiyasının qorxulu olduğunu deyiblər.

Almaniyanın Beynəlxalq Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunun əməkdaşı Marqarita Klyayn bildirib ki, bu təlim Rusiyanın genişmiqyaslı müharibə planlarının tərkib hissəsi ola bilər.

Bir çox Qərb nəşri daha əvvəllər iddia etmişdi ki, “Qərb-2009” hərbi təlimlərinin gedişatında Rusiya Polşaya nüvə zərbəsi endirib. Lakin Amerikanın nüfuzlu CNN telekanalı məsələni araşdırıb və yayılan məlumatı təsdiq edən fakt aşkarlamayıb.

NATO ilə Rusiyanın münasibətlərinin gərginləşməsi fonunda isə Kremlin bu təlimlərdən Minskə qarşı yararlanacağını hesab edənlər də var.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bir müddət əvvəl deyib ki, Rusiya “Qərb-2017” təlimlərindən Belarusun özünə qarşı istifadə edəcək.

“Çünki bu təlimlər bitdikdən sonra hərbi texnika və silahların bir hissəsi Belarusun ərazisində qalacaq. Mən düşünürəm ki, hazırda Belarusun tamamilə işğal edilməsi imkanlarını nəzərdən keçirirlər. Belə olsa, bu, regionda növbəti ciddi böhranın başlanması deməkdir” – Saakaşvili belə hesab edir.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, təzyiqlərə baxmayaraq, ölkəsi və Rusiyanın birgə “Qərb-2017” hərbi təlimi daha böyük miqyasda keçiriləcək.

(modern.az)

Xəbər 2988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +