Deputat sakini döydü - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi
Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq
Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq


02.05.2017  13:45 

“Avropa hansı ədaləti tətbiq etmək istəyir?”





A+  A-

“AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur. Çünki biz dəfələrlə Avropa strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq. Bu da növbəti ədalətsiz mövqelərdən biridir”.
XəzərNews.az xəbər veir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib. Deputatın sözlərinə görə, əgər faktlara əsaslanılsa, o zaman AŞPA-nın Türkiyə ilə bağlı qərarında nə qədər ədalətsiz prisiplərə uyğun yanaşma olduğunu görmək mümkündür:

“İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendumla bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda çıxışları üçün lazımi şərait yaradılıb. Hətta Türkiyə müxalifətinin özü belə, referendumun fövqəladə vəziyyət şəraitində keçirildiyi kəlməsini işlətmədi. Avropa Ropa papasından daha artıq xristian olub. Və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Seçkilərdə 60-70 faiz səs toplayanda da deyirlər ki, bu göstərici çoxdur seçkilər antidemokratik keçirilib, saxtalaşdırılıb. Az səs toplananda deyirlər ki, niyə azdır. Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir?! Türkiyədə elə şərait yaradılmışdı ki, insanların 46 faizindən çoxu layihənin əlayhinə səs vermişdilər. Bu da orada hər kəs üçün yaradılan lazımi şəraitin olduğunu göstərir. Bundan başqa, Avropa hansı ədaləti tətbiq etmək istəyir?”.

Türkiyənin ömür boyu terrorizmlə mübarizə apardığını deyən S. Novruzov qeyd edib ki, Avropada bir terror hadisəsi baş verəndə qışqırıqları hər yanı götürür.

“Avropa ərazisində bir qəzetin redaksiyası partlamışdı ki, hamı onu qınadı. Belə olan halda, bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar? NATO-nun da nizamnaməsində qeyd olunur ki, bir NATO ölkəsinə qarşı hücum olanda digərləri birləşməlidir”.


Xəbər 3056 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +