Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


14.02.2017  15:02 

DƏHŞƏTLİ HADİSƏ - "Nəqliyyat Departamentinin işçiləri vətəndaşı bu yolla öldürdü, iki uşaq yetim qaldı"





A+  A-


Ucar rayonu Qazyan kənd sakini Məlikov Səfa Sabir oğlu XəzərNews.az-ın elektron ünvanına şikayət məktubu göndərib.

Həmin məktubu olduğu kimi təqdim edirik:

Mənim qardaşım 1971-ci il tarixdə anadan olmuş Məlikov Aydın Sabir oğlunun ölümünə baiskar Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı olub. Ancaq bu cinayət faktını araşdıran yoxdur. Belə ki, qardaşım Aydın Məlikov Səudiyyə Ərəbistanda müqavilə əsasında gəmidə işləyirdi. Müqavilənin vaxtı bitdiyi üçün 3-4 gün olardı ki, evə gəlmişdir. 06 fevral 2017-ci il tarixdə həyətdə çoxdan saxladığı Qazel markalı avtomobilini təmir etdirmək məqsədi ilə ustaya göstərmək üçün Ucar rayonunun mərkəzinə getmişdir. Rayonun Oğuz küçəsi ərazisində Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı qardaşıma yaxınlaşıb ondan fərqlənmə nişanını tələb ediblər. Qardaşım onlara bildirib ki, mən yük daşımaqla məşğul olmuram özümdə Azərbaycana 3 gündür ki, gəlmişəm. Onlar Aydınla yersiz mübahisə etməyə başlayıb üstünə hücum edib  bərk əsəbləşdirdiklərindən oradaca qardaşımın huşu gedib. Nəqliyyat Departamentinin əməkdaşları huşsuz vəziyyətdə yerə yıxılan  qardaşımıın cibini axtarmağa başlayıblar. Yaxınlıqda olan insanların müdaxiləsindən qorxuya düşən həmin azğınlaşmışlar oradan qaçıb uzaqlaşıblar.

Ucar Rayon Xəstəxanasına çatdırılan qardaşımın beyninə qansızması aşkarlandığı üçün onu təcili yardım maşını ilə Bakı şəhərinə xəstəxanaya gətirdik. Burada iki gün həkimlərin səyi nəticə vermədi qardaşım dünyasını dəyişdi. Həkimlər bildirdilər ki, qardaşınız bərk əsəbləşdiyi, stress keçirdiyi üçün insult keçirib. Biz bu barədə 102 xidmətinə zəng edib məlumat versəkdə qardaşım Aydının ölümünə bais olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə heç bir tədbir görülməmişdir.Onların ikisinin Rəşad Şəfiyev  və Anar İsgəndərovun adlarını öyrənmişik. Bu azğınlaşmış 6 nəfər şəxsin həyatına son qoyduqları qardaşımın iki övladı yetim qaldı. Onlar qanun qarşısında cavab verməli və barələrində cinayət işi başlanılıb həbs edilməlidirlər.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm qardaşım Məlikov Aydın Sabir oğlunun ölümünə səbəkar olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə  ciddi tədbirlər görəsiniz .

20170213-WA0004.jpg

2017-02-13-19-20-53.png

20170213-WA0001.jpg



Xəbər 5658 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +