“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


12.04.2018  09:26 

Sarkisyan baş nazir postuna yeganə namizəd oldu





A+  A-

Serj Sarkisyan Ermənistanın baş naziri postuna namizəddir.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə hakim Respublikaçılar Partiyasının İcra komitəsinin iclasından sonra qurumun mətbuat katibi Eduard Şarmazanov məlumat verib.

O bildirib ki, Serj Sarkisyanın prezidentliyi dövründə nöqsanlar və çatışmazlıqlar da olub, lakin hazırki Ermənistan 2008-ci ildəki Ermənistandan çox fərqlənir: "Həm demokratiya çox fərqlənir, həm də insan hüquqları, təşəbbüskar xarici siyasət, Qarabağ məsələsi".

Eduard Şarmazanovun sözlərinə görə, iclasda həmçinin Karen Karapetyan hökumətin fəaliyyəti müzakirə olunub.

"Konstitusiyaya görə, hakim siyasi partiya baş nazir postuna namizəd təqdim etməlidir. Bu gün nəhayət İcra orqanı gələcək baş nazirlə bağlı müzakirələr apardı. Deyə bilərəm ki, müzakirələr birlik şəraitində keçib. Şənbə günü İcra orqanı baş nazir postuna namizədi təqdim edəcək", - Şarmazanov bildirib. O əlavə edib ki, artıq aydındır, bu, kim olacaq: "Çünki digər adları olmayıb, digər rəy olmayıb”.

Xəbər 2925 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +