Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı
Avtomobil alış-verişi adı ilə 21 min manatını ələ keçirdi
Prezidentin 8 yaşında çəkdiyi foto
“Neftçi“ Samir Abasovu istefaya göndərib
“Xarı Bülbül” şadlıq sarayında meyit tapıldı


09.02.2017  11:07 

“Özləri pis vəziyyətdə qalacaq” - Millət vəkili





A+  A-

 

“Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı olaraq münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Prezident İlham Əliyevin Brüsselə son səfəri də bu məsələlərin həllinə hesablanmışdı. Düşünürəm ki, səfər zamanı qarşıya qoyulan məqsədlərə nail olunub”.

XəzərNews.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib. Millət vəkilinin fikrincə, səfər zamanı ciddi uğurlar əldə edilib: "Azərbaycan prezidentinin iştirak etdiyi yüksək səviyyələrdə görüşlərdə həm Azərbaycanla Avropa Birliyi arasında strateji sazişin hazırlanıb imzalanmasına dair razılığın əldə edilməsi, həm energetika sahəsində, həm də iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə dair məsələlərdə ciddi uğurlara nail olunub. Bu göstərir ki, tərəflərin maraqlarının üst-üstə düşdüyü məqamlarda irəli getmək mümkündür və zəruridir".

R.Musabəyov hesab edir ki, bu səfər zamanı anti-Azərbaycan qüvvələrinin planları da puç olub: "Orada ürək bulandırmaq istəyənlərin niyyətləri elə onların ürəklərində qaldı. Prezident İlham Əliyev düzgün olaraq Avropa Parlamentinin sədri ilə görüşdən imtina etdi. Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi lazımsız hərəkət idi. Onlara sübut olundu ki, nəticədə özləri pis vəziyyətdə qalacaqlar. Əslində, bu protokol xarakterli bir görüş idi və dövlət başçımızın bu görüşə heç ehtiyacı da yox idi. Antonio Tayani yeni təyin olunmuş sədrdir, amma hərəkəti ilə özünü çətin vəziyyətə saldı. Əgər onlar "oyun oynamaq" istəyirlərsə, getsinlər başqa adamlarla oynasınlar. Prezident İlham Əliyevin bu görüşdən imtina etməsi həm Avropa parlamentinə siyasi jestdir, həm də bizimlə oyun oynamaq istəyinin təsirsiz ötüşəcəyini düşünməyin yalnış olduğuna ciddi bir mesajdır".



Xəbər 3070 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +