“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


06.08.2021  15:54 

Oktay Gülalıyev başqa klinikaya köçürülür - Yenilənib





A+  A-

Ötən gün səhhəti kəskin pisləşən hüquq müdafiəçisi Oktay Gülalıyev bu gün müalicə aldığı Topçubaşov adına xəstəxanadan köçürülüb.
XəzərNews.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev öz feysbuk hesabında yazıb.

Onun bildirdiyinə görə, atası Tibb Universitetinin Cərrahiyyə klinikasında aparılıb və orada müayinə olunacaq.

Qeyd edək ki, ötən gün O. Gülalıyevin qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşmişdi. Qastrostomiya borusu boşluqdan çıxdığı üçün Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparılan hüquq müdafiəçisinə orada müvəqqəti qastrostomiya borusu yerləşdirmişdilər.

Oğlu həmçinin O.Gülalıyevlə bağlı durumun TƏBİB-in nəzarəti altında olduğunu bildirmişdi.

***

Səhhəti pisləşən Oktay Gülalıyev ATU-nun Cərrahiyyə Klinikasına yerləşdirilməyib. Bu barədə “Qafqazinfo”ya in sözügedən klinikadan məlumat verilib.

İlkin məlumata görə, hazırda hüquq müdafiəçisi digər özəl xəstəxanaya – Ege Hospitala aparılır.

Xəbər 4338 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +