“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


20.12.2018  11:28 

Daşkəsəndə dəhşət - Vəhşi heyvanlar kişini yatağında parçaladı





A+  A-

Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapılıb.
XəzərNews.az publika.az-a istinadən xəbər verir ki, kəndin kənarında, meşəlik ərazidə yerləşən və ən yaxın qonşusu ilə 200 metr məsafəsi olan evdən 1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlunun meyiti aşkarlanıb.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, çarpayıda uzanıqlı vəziyyətdə olan şəxsin baş nahiyəsi döşəməyə tərəf sallanmış vəziyyətdə qalıb və vəhşi heyvanlar onun bədənini, xüsusi ilə baş və boyun nahiyəsini parçalayıblar.

Evdən vəhşi heyvanların izləri də aşkarlanıb.

Kənd sakinləri bildiriblər ki, meyiti tapılan şəxs uzun müddətdir ki, tənha yaşayırmış və mənzil şəraiti çox ağır olub. Evin qapı-pəncərəsi, elektriki və sair olmayıb.

Həmçinin ölən şəxs 2-ci qrup əlil, eləcə də epilepsiya xəstəsi olub. Onun meyitinin öldükdən sonra heyvanlar tərəfindən parçalandığı ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər 3250 dəfə oxunub.



29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +