Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


12.04.2018  21:28 

Bakıda tikilməkdə olan göydələn yandı - VİDEO





A+  A-

Bakıda 8-ci mikrorayonda, “Bolluq bazarı”nın yerində tikilən hündürmərtəbəli bina yanır.
XəzərNews.az xəbər verir ki, yaşayışın olmadığı və tikintisi davam edən binada yanğın üst mərtəbələrdə başlayıb.

Hazırda yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

Hadisənin səbəbi bilinmir.

Qeyd edək ki, bina “Pramida” MTK tərəfindən tikilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

FHN-dən verilən məlumata görə, Binəqədi rayonunda tikintisi başa çatmamış 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində quraşdırılmış taxta qəliblər 480 kvadratmetr sahədə yanıb.

Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğın bölmələri tərəfindən söndürülüb.


Xəbər 3695 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +