“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


12.04.2018  15:48 

70 nəfərin ölümünə səbəb olan kimyəvi silah hardan atılıb?





A+  A-

Müstəqil jurnalist araşdırmaları ilə məşğul olan “Bellingcat” beynəlxalq qrupu Suriyanın Duma şəhərində törədilən kimyəvi hücum barədə hesabat açıqlayıb.
XəzərNews.az xəbər verir ki, onlar hadisənin başvermə xronologiyasını bərpa edərək hücuma görə kimin məsuliyyət daşıdığını araşdırmağa çalışıblar.

Hesabatda qeyd edilir ki, müşahidəçilər kimyəvi hücumdan yarım saat əvvəl havada Dumayr aviabazasından Duma şəhərinə tərəf uçan 2 ədəd Mi-8 vertolyotunu görüblər. Qeyd edilir ki, həmin vertolyotların havaya qalxdığı Dumayr aviabazası tamamilə hökumətin nəzarətindədir və orada Suriya qoşunları yerləşir.

Müşahidəçilər bildirir ki, vertolyot havada görünən zaman ikimərtəbəli evin damına böyük qaz balonu atılıb ki, bu da videoya çəkilib. Daha sonra məhz həmin evdən 34 nəfərin cəsədi tapılıb. Onların əksəriyyəti yetkinlik yaşına çatmayanlar olub. Hesabatda qeyd edilir ki, ölənlərin 23 nəfəri 1-ci mərtəbədə, 10-u ikinci, 1 nəfər isə mərtəbələr arasında pilləkəndə ölüb.

Xatırladaq ki, aprelin 8-i Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfər ölüb.

Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.

Xəbər 3475 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +