Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


19.12.2017  11:38 

Yasamalda quldurluq edən şəxslər saxlanılıb





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsivə Yasamal Rayon Polis İdarəsiəməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, dekabr 15-i gecə saatlarında iki nəfər naməlum şəxs taksi sürücüsü Tələt Məmmədlinin “Mersedes” markalı avtomobilinə müştəri kimi əyləşərək D.Bünyadzadə küçəsinə gedəcəklərini bildiriblər. Deyilən ünvana çatanda həmin şəxslər sürücüyə hədə-qorxu gələrək onun avtomobilini əlindən alıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin Bakı şəhər sakinləri Natiq Bayramlı və Telman Qasımov tərəfindən törədildiyi müəyyən edilib və onlar tutularaq istintaqa təqdim ediliblər.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin dekabr 17-si digər bir taksi sürücüsü Fərhad Məmmədovu da bıçaqla hədələyərək onun maşını əlindən aldıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər iki avtomobilin tapılaraq sahiblərinə qaytarılması təmin edilib.

Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər 2935 dəfə oxunub.



29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +