Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


18.12.2017  23:16 

DTX və XKX-nin dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində - Vəzifələri





A+  A-

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) Azərbaycan Respublikasının dəniz təhlükəsizliyinin təmin edilməsi sahəsində vəzifələri müəyyənləşib.
XəzərNews.az-ın məlumatına görə, bu, bu gün prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında" sərəncamında əksini tapıb.

Bu sahədə terrorçuluqla mübarizə, dənizdə hüquq mühafizə fəaliyyəti vəzifələrinin yerinə yetirilməsində DTX Daxili İşlər Nazirliyi ilə birlikdə əsas, XKX Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Neft Şirkəti və digər neft şirkətləri, Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə dəstək tipli dövlət qurumu statusunda çıxış edəcək. Bununla bərabər, dənizdə ərazi bütövlüyünün və suverenliyin qorunması, dənizdə enerji infrastrukturunun mühafizəsi, dənizdə məlumatların toplanması və təhlili, Azərbaycanın ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, Azərbaycan donanmasının səfərbərlik hazırlığının təmin edilməsi vəzifələrinin yerinə yetirilməsində DTX və XKX dəstək tipli dövlət qurumu funksiyasını yerinə yetirəcək.

Xəbər 2808 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +