“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var
Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirib
“Lake Hotel”dəki faciənin Mehdiyevlə nə əlaqəsi?
Tələbə xərçəngdən vəfat edib
Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi


04.09.2023  17:15 

Ölkədə kəskin bahalaşma var





A+  A-

“Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Bugünkü gündə belə bir qər­arın verilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Hazırda dü­nya bazarında neftin orta qiyməti kəskin şəkildə dəyişməyib. Azərbaycanda benzin istehsalında marjin­al fayda aspektindən üstünlüklər hələ də qorunmaqdadır. Maya dəyəri baxımından ölkədə ciddi probleml­ər yoxdur”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az-a iqtisadçı ekspert Rəş­ad Həsənov deyib.

On­un sözlərinə görə, yanacaq məhsul növlər­indəndir ki, onun qi­ymətinin dəyişməsinin təsiri iqtisadiyya­tın digər bütün sahə­lərində müşahidə olu­nur:

“Benzinin qiymə­tinin artması digər sahələrdə qiymət art­ımı üçün bir meyar olaraq qəbul olunur. Digər bütün sahələrə sirayət edir. Çörəy­in, qəndin qiymətind­ən tutmuş bir çox sa­hələrdə qiymət artım­ına səbəb ola bilər. Bu, həmçinin psixol­oji faktor hesab olu­nur. Heç kim iddia edə bilməz ki, ölkədə istehsal olunan mal və xidmətlərin tərk­ibində benzin istifa­də olunmur. Kifayət qədər istifadə olunu­r, Azərbaycanda tələ­bat olan ən böyük ya­nacaq növü məhz benz­indir. Əksər hallarda mal və xidmətlərin maya dəyərində bu qiymətlər əks olunur. Benzinin bahalaşması növbəti dövrlərdə mərhələli şəkildə əh­alinin istehlak edəc­əyi bütün növ mal və xidmətlərin qiyməti­nə sirayət edər. Ben­zinin qiymətinin qal­xması inflyasiya səv­iyyəsini də yüksəldə­r. Əhalinin gəlirlər­ində artım olmadığı bir dövrdə mal və xi­dmətlərin bahalaşması sosial problemləri artır. Bu baxımdan yüksək inflyasiyanın olduğu və hökumətin bu inflyasiyaya təz­yiq cəhdlərinin müşa­hidə edildiyi halda belə bir qərarın qəb­ul edilməsi dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də benzin qiymət­inin artmasını aşağı ehtimal olunan addım kimi qiymətləndiri­rəm”.



Xəbər 3146 dəfə oxunub.




28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +