4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat
Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?


31.08.2023  12:09 

“Ucuz şou xarakterli addımların heç bir yolu yoxdur”





A+  A-

Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə ilk olaraq təşəkkür edirik. Onlar çox qısa müddətdə Azərbaycan tərəfinin təklifini qəbul edib.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan tərəfi artıq bir neçə dəfə bəyan edib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Bu yol vasitəsi ilə çox qısa müddətdə Xankəndiyə və ətraf ərazilərə çatdırılma edilə bilər. Bu yoldan imtina edilməsini biz yalnız rasizm kimi qiymətləndirə bilərik. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlatmaq niyyətindədir.

Yol mövzusunu Ermənistan tərəfi siyasi manipulasiya kimi istifadə edirlər. Ermənistan tərəfi Azərbaycan ilə razılaşdırmadan populizm məqsədi ilə Azərbaycan sərhədinə gətirib. Bu kimi ucuz şou xarakterli addımların heç bir yolu yoxdur. Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.

Xəbər 2724 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +