Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI
Prezident DTX ilə bağlı fərman imzaladı
Daha bir şadlıq sarayının vergi borcu üzə çıxdı
Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama
Ağır yol qəzası: Ölənlər var
4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb
Paşinyana Qazaxıstanın ən yüksək mükafatı verildi
Xadimə evdən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
Bakıda at ətini mal əti adı ilə satmaq istədilər
Minimum əmək haqqının vergidən azad edilməsi... - Deputat


28.02.2024  11:31 

Deputatın qızını boşayan icra başçısının 4 övladı var... - Evlənir





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovun toyudur.

O, tanınmış telejurnalist Alidə Mustafayeva ilə izdivaca girir.

Xəzərnews.az xəbər verir ki, yenisabah.az məşhur cütlüklə bağlı maraqlı məlumatlar əldə edib.

Rəfiqələrinin saytımıza bildirdiyinə görə, bu, 37 yaşlı Alidə Mustafayevanın ilk evliliyidir. Vaxtilə ATV və İTV telekanallarında çalışan jurnalist işlədiyi kollektivlərdə hamının sevimlisi olub.

Hər iki kollektivdə ona dəfələrlə elçi düşsələr də, xanım jurnalistin könlünü oğurlamaq heç kimə qismət olmayıb.

Alidə Mustafayeva 4 may 2022-ci il tarixindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışır. 1 iyun 2022-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.

5 sentyabr 2022-ci il tarixindən ASAN Radioda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASAN Radionun birgə layihəsi olan “Rəqəmsal Dialoq” verilişini aparır.

Bu gün toyu olan icra başçısı Seymur Orucov haqda isə internet resurslarında kifayət qədər məlumat var.

Qeyd edək ki, S.Orucovun 40 yaşı var. Bu, onun ikinci evliliyidir. İcra başçısı bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Bu izdivacdan cütlüyün dörd övladı dünyaya gəlib, onların ikisi oğlan, ikisi qızdır. S.Orucov bir müddət əvvəl Çeşmi Hacıyevadan rəsmi şəkildə boşanıb.

Xəbər 16060 dəfə oxunub.




21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +