Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


20.12.2020  10:08 

Qazaxıstan Prezidenti dövlət qulluqçularına bunu qadağan etdi





A+  A-

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cinayət prosesində vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə məsələlərinə dair qanunvericiliyə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun imzalayıb.
XəzərNews.az “TASS”a istinadən bildirir ki, dövlət başçısının mətbuat xidmətinin verdiyi məlumata görə, bundan sonra dövlət qulluqçularının xarici ölkələrin banklarında hesab açması qadağan edilib.

Qanuna əsasən, hesabların açılması və olması, həmçinin respublikadan kənarda yerləşən xarici banklarda nağd pul və digər qiymətlilərin saxlanılması qadağandır. Bu qadağa məsul dövlət vəzifələrini tutan və ya dövlət funksiyalarını yerinə yetirmək səlahiyyəti olan şəxslərə, habelə vəzifəli şəxslərə şamil edilir. Bununla yanaşı, xarici hesablara sahibliyin qadağan olunması yalnız dövlət qulluqçularına deyil, həm də parlament deputatlarına və hakimlərə də şamil olunacaq. Bundan başqa, düzəlişlər ağır və xüsusilə ağır korrupsiya cinayətlərinə görə məhkum olunmuş şəxslərin şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünü istisna edir.

Sənəddə cinayət mühakimə icraatının çəkişmə və açıqlığının gücləndirilməsinə yönələn normalar əksini tapıb. Proses iştirakçılarının rəyi nəzərə alınmaqla cinayət mühakimə icraatının elektron formatda aparılması imkanı verilib, prosessual qərarların prokurorla razılaşdırma proseduru sadələşdirilib. İstintaq hakiminin qərarlarından şikayət və yenidən baxılmasına dair əsaslar genişləndirilib.

Xəbər 1857 dəfə oxunub.




15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +