İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


07.06.2025  16:03 

Fransa Ukraynada dron istehsal edəcək





A+  A-

Fransız avtomobil və müdafiə şirkətləri Ukraynada dron istehsal edəcək, Kiyev isə Rusiyanın başlatdığı müharibədə əldə etdiyi PUA-lardan istifadə təcrübəsini bölüşəcək.

XəzərNews.az xəbər verir ki, bunu iyunun 6-da LCI -də Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Onun fikrincə, belə qarşılıqlı fəaliyyət hər iki ölkə üçün faydalı olacaq.

Lekornu Ukraynada hansı tip pilotsuz təyyarələrin istehsal ediləcəyini dəqiqləşdirməyib, lakin onların ukraynalılar üçün nəzərdə tutulacağını qeyd edib. O, həmçinin pilotsuz təyyarələrdən istifadədə praktiki bacarıqlar əldə etmək üçün Fransa silahlı qüvvələri ilə "paylaşılacaqlarını" söyləyib.

Nazirin sözlərinə görə, Ukraynada quraşdırılacaq istehsal xəttində Fransa vətəndaşlarından işləməyi tələb etməyə ehtiyac yoxdur. Lekornu qeyd edib ki, ukraynalılar “dronları inkişaf etdirmək qabiliyyətinə və daha da vacibi, müvafiq doktrinanın formalaşmasına görə” fransızları üstələyirlər.



Xəbər 301 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +