Fuad Nəcəfli Naxçıvanı belə tərk etdi
Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu


03.02.2024  12:47 

Bir nəfəri təkləyib döymək kişilik, şikayət etmək nakişilikdir?..





A+  A-

Çətin zəmanədə yaşayırıq. Ona görə yox ki, yeməyə çörək, geyinməyə paltar tapmırıq. Allah-Təala səxavətlidir, öz bəndəsini ac qoymur…

Zəmanənin çətinliyi insanlarla dil tapmaqda, anlaşmaqda, danışmaqdadır. Heç kimin sözü başqasının boğazından keçmir. Acı demirəm, azca turşməzə sözü belə udqunmaq istəmirlər.

İndi övlad böyütmək, uşaq tərbiyə etmək çox çətindir. Mən az-çox tanınmış jurnalist, ziyalı kimi həmişə yaxşı əməlləri təbliğ etmişəm. Yeniyetmə və gəncləri siqaretdən və spirtli içkilərdən uzaq durmağa çağırmışam. Onları sağlam həyat tərzi keçirməyə, yaxşı qidalanmağa, idmanla məşğul olmağa çağırmışam. İnancsız insanları Allaha ibadət etməyə səsləmişəm. Əgər yüz nəfərdən biri sözümə, tövsiyəmə əməl edibsə, bunu qənimət bilmişəm…

Azərbaycan qəribə ölkədir. Biz burada bir çox mütərəqqi ideyaları dəfn etmişik. Bizim ölkəmizdə idmanla məşğul olmaq, yaxud Allaha inanmaq heç də yaxşı adam olmaq anlamına gəlmir. Allaha ibadət edə-edə allahsızlıq edən o qədər adam tanıyıram ki… Yaxud idmanla məşğul olub, öz gücünü rəqibinin deyil, dostunun üzərində sınayan bir dəstə adam var. Bunu elm və mədəniyyət adamlarına da şamil etmək olar. Bizdə elm həmişə inkişafa, tərəqqiyə vəsilə olmur. Günəşli ölkəmizdə elminin sayəsində dünyanın ən istedadlı yaltaqları ilə tez-tez qarşılaşmaq mümkündür.

Söhbəti çox uzatmayacağam, ölkə üç gündür Ukraynada yaşayan Azərbaycan əsilli idmançı Həsən Əzizovun həmkarları tərəfindən döyülməsi ilə bağlı xəbərlərlə çalxalanır. Bu barədə çox yazmağa lüzum yoxdur. Yəqin ki, məsələnin mahiyyətindən hamının xəbəri var. Həsən Əzizovun iddiasını videogörüntülər də təsdiqləyir. Videogörüntülərdə məlum olur ki, Həsən yalan danışmır, onu Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev, tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov, Rüfət Əsədov döyüb. Geri qayıdıb saymayın, deyəcəm: Düz 6 nəfər!

Bəli, düz 6 nəfər bir nəfərin üzərinə düşərək onu 4 yaşlı övladının qarşısında vəhşicəsinə döyüblər. Mən tez-tez “Azərbaycan hüquqi dövlətdir” deyəndə bunu başqa yerə yozmayın. Bu dəfə də son sözü hüquq dedi. Həsəni döyən, şalvarını çıxartmağa cəhd edən 6 nəfərdən 4-ü artıq həbs olunub. Digər 2 nəfər barəsində isə ev dustaqlığı qərarı verilib. Həbs olunsalar da, olunmasalar da, elin qınağı onlar üçün ən böyük cəzadır.

Çox adam dedi, yazdı, əhəmiyyət vermədim, amma ustad jurnalist Xalid Kazımlı bu mövzuya toxunanda zərrə qədər də şübhəm qalmadı: İndi məlum olur ki, Həsən Əzizovun döyülməsində həm də “əxi təəssübkeşliyi” rol oynayıb.

Mən idmanın bir nömrəli təbliğatçısıyam. İdman sağlamlığın rəhnidir. Amma idmançı humanist olmalı, hətta düşmənə qarşı da mərhəmətli davranmalıdır. Bunu bacarmayanlar isə qanun qarşısında cəzalandırılmalıdır. Həm də ən sərt şəkildə…

Həsən Əzizovun polisə şikayəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif rəylərə rast gəldim. Zərərçəkənin bu hərəkətini “işverənlik” kimi qiymətləndirənlər də oldu. Bunun adı yaramazlıqdır.

Özünüzə gəlin! Yaradan sizi yaralı bir barmağa məlhəm olmaq üçün yaradıb, yaramazlıq üçün yox...

Seymur VERDİZADƏ

Xəbər 3543 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +