Rəqib yoruldu və nəticə belə oldu -Savo Vuçeviç
Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib


12.05.2023  12:22 

“Hətta həyat yoldaşıma deyirdim ki, gəl səni evləndirim“





A+  A-

"İnsan əməliyyatdan sonra 10 gün sənin yanında kresloda yatıb. Sənə əziyyət vermir, hər şeyi özü edir. Paltarımı belə özü geyindirirdi, heç kimə icazə vermirdi".

Bu sözləri aktrisa Zümrüd Qasımova "Bizimləsən" verilişində deyib. Həyat yoldaşı Nazim Zeynalovdan danışan sənətçi övladı olmamasının səbəbini açıqlayıb:

"Seçim qarşısında uşaq dünyaya gətirə bilərdim. Xərçəng elə bir xəstəlikdir ki, genim daşıyıcısı olacaqdı. Anama sual verirəm ki, niyə mən bu xəstəliyin daşıyıcısıyam? İstəmədim uşağım da mənə bu sualı versin. Özüm bu dünyadan gedərək onu kimlərinsə əlinə tərk etmək istəmədim. 9 ildir xəstəyəm. Həyatımızda "kaş ki"lər var. Koronavirus insanları evə daha çox qapatdı. Həyat yoldaşım işə gedirdi, mən isə evdə qalırdım. Düşünürdüm ki, uşağım olsaydı, onunla məşğul olardım. Amma bunu faciəyə çevirə bilməzdim. İnsan nəyisə faciəyə çevirsə, yaşaya bilməz. Bacımın uşaqları çoxdur, övladım kimidir. Hətta bacıma demişəm ki, birini mənə ver. Verəcək... O da deyir ki, gəl bizdə gör. Deyirəm ki, yox, gəlib mənimlə yaşamalıdır.

Həyat yoldaşım da dedi ki, Zümrüd, sən olmadan mənə heç kim lazım deyil. Biz böyük mübarizələrdən keçmişik. Mən sevgiyə layiq bir xanımam. Hətta həyat yoldaşıma deyirdim ki, yaşadığım ərəfədə sənə bir xanım tapım, evləndirim. Bu həyatdan köçsəm də, fikirləşdiyim xanım olsun. Mən olmasam da onun tənha qalmasını istəmərəm. İstəyərəm ki, o da həyat qursun. Amma hələ bu dünyadan getmək fikrim yoxdur".

Qeyd edək ki, Zümrüd Qasımova xərçəng xəstəliyindən əziyyət çəkirdi./Axşam.az

Xəbər 2604 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +