Ermənilərin Azərbaycana qayıtması qeyri-realdır - Paşinyan
Voronejdə bazar sahibi olan Yusif Xəlilov həbs edilib
Paytaxtın mərkəzi küçəsində işıqfor işləmir
Bu, artıq səhv deyil, belə zərbələr... - Ukraynadakı azərbaycanlı
“TamStore” çəkidə və qiymətdə müştəriləri aldadır
Etimad İsmayılovun qatili azadlıqda?
Sabahın hava proqnozu açıqlanıb
Sərxoş avtobus sürücüsü həbs edildi
Perinatal Mərkəzdə körpələrin ölümünə səbəb oradakı sıxlıq olub?
Xarkovda matəm elan edildi


16.01.2024  16:59 

QMİ-nin sədri Gürcüstan müsəlmanları idarəsinin rəhbərini qəbul edib -FOTOLAR





A+  A-

Yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali dini şurasının sədri, Şeyx Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QMİ-dən Xəzərnews.az-a verilən xəbərə görə, qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Faiq Nəbiyevi yeni vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib, xeyir-dualarını çatdırıb. Dəvətini qəbul edərək Azərbaycana səfərə gəldikləri üçün nümayəndəyə heyətinə minnətdarlığını bildirib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq münasibətləri əsasında formalaşdığını vurğulayaraq bu gün hər iki dövlət başçısının siyasi iradəsi ilə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Gürcüstan Müsəlmanları İdarəsinin yeni rəhbərliyinin bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

QMİ-nin Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini daim diqqətə saxladığını bildirən Şeyxülislam həzrətləri onların rahat şəkildə ibadətlərini və dini ayinlərini həyata keçirmək üçün kitablar çap olunduğunu qeyd edib, mənəvi dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Azərbaycana səfərə dəvət etdiyinə görə Şeyxülislam həzrətlərinə minnətdarlıq bildirən Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali dini şurasının sədri, Şeyx Faiq Nəbiyev dövlət suverenliyini və ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Faiq Nəbiyevin sözlərinə görə, Gürcüstanda yaşayan müsəlmanlar Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini diqqətlə izləyir və regionda sülhü davamlı olması üçün atdığı addımları dəstəkləyir.

Qonaq bildirib ki, rəhbərlik etdiyi qurum iki dost və mehriban qonşu ölkələrdə yaşayan dindarlar arasında əlaqələrin daha da inkişafına maraqlıdır, bunun üçün səy göstərməyə hazırdır. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadə kimi təcrübəli və nüfuzlu dini liderin məsləhətlərindən daim istifadə olunacaq.

Söhbət zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edilib.

QMİ-nin Gürcüstan Respublikasındakı səlahiyyətli nümayəndələri Mamed Şamilov və Sabir Musayev görüşdə iştirak ediblər.








Xəbər 8313 dəfə oxunub.



18.08.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

18.08.2025  12:47 

“Rabitəbank” cərimələndi

18.08.2025  12:08 

“İrşad” cərimələnə bilər

18.08.2025  11:49 

Xarkovda matəm elan edildi

18.08.2025  11:27 

Generalın oğluna vəzifə verildi

18.08.2025  11:08 

Bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +